AFFA-nın Hakimlər Komitəsinin sədrini Maltaya dəvət etdilər

AFFA-nın Hakimlər Komitəsinin sədrini Maltaya dəvət etdilər

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.

MediaSport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Maltada "Balzan" və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 18-də baş tutacaq.