"Səbail" və "Sumqayıt" evdə uduzdu, "Qarabağ" mövsümdə ilk dəfə lider oldu - 7-ci tur yekunlaşdı

"Səbail" və "Sumqayıt" evdə uduzdu, "Qarabağ" mövsümdə ilk dəfə lider oldu - 7-ci tur yekunlaşdı

Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

"Səbail" və "Sumqayıt" doğma meydanda məğlub olub.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"ə qalib gəlib (2:0), "Qarabağ" "Neftçi"dən üstün olub (4:0), "Turan Tovuz" evdə "Araz-Naxçıvan"a uduzub (1:2).

Bu tura qədər lider olan Tovuz təmsilçisinin məğlubiyyətindən maksimum yararlanan son çempion "Qarabağ" mövsümdə ilk dəfə zirvəni ələ keçirib.


Azərbaycan Premyer Liqası. 7-ci tur


"Səbail" - "Sabah" 2:4

Qollar: Amir Bilali, 4, Rüfət Abdullazadə, 39 - Coy Lens Mikels, 8, İvan Lepiniça, 21, Cesse Sekidika, 27, Pavol Şafranko, 77-pen.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"ASCO Arena".

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali.

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

"Sabah": 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça.

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.

Baş məşqçi: Krunoslav Renduliç.


"Sumqayıt" - "Zirə" 0:2

Qollar: Rafael Utsiq, 21-pen., 69.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu.



1 Qarabağ 6 5 0 1 16-4 15
2 Sabah 7 4 2 1 16-11 14
3 Turan Tovuz 7 4 2 1 9-4 14
4 Araz-Naxçıvan 6 4 1 1 7-6 13
5 Zirə 6 4 0 2 11-5 12
6 Şamaxı 6 3 2 1 6-3 11
7 Sumqayıt 7 2 0 5 5-9 6
8 Səbail 7 1 1 5 10-14 4
9 Neftçi 7 0 4 3 2-10 4
10 Kəpəz 7 0 0 7 2-18 0


Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 5 qol

Coy Lens Mikels ("Sabah") - 4 qol

Rafael Utziq ("Zirə") - 4 qol

Davit Volkov ("Zirə") - 3 qol

Leandro Andrade ("Qarabağ") - 3 qol