"Qarabağ" - "Molde" oyununun hakimlər briqadası müəyyənləşib
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sentyabrın 21-də Bakıda keçiriləcək "Qarabağ" - "Molde" oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan Con Biton idarə edəcək.
Ona yan xətt hakimləri kimi həmyerliləri - Daniel Makfarlan və Duqlas Potter yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Metyu Makdermid yerinə yetirəcək.
VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn iş başında olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq duel saat 20:45-də start götürəcək.