Azərbaycan millisi lider olmaqla tarixində ilk dəfə qrupdan çıxıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında əldə etdiyi tarixi nəticəni bu gün rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının qrup mərhələsinin son turu çərçivəsində Farer adaları yığmasını qəbul edib və növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, seçməmiz bugünkü qarşılaşmanın nəticəsindən asılı olmayaraq, qrup birinciliyini və B Liqasına vəsiqəni vaxtından əvvəl təmin etmişdi.
Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə qrup səddini 16 xalla lider olaraq keçib. Futbolçularımız C Divizionunun 3-cü qrupunda oynadığı 6 görüşdə 5 qələbə və 1 bərabərlik əldə edib. Komandamız 8 top vurub, 2 top buraxıb.
UEFA Millətlər Liqası. C Liqası. Qrup mərhələsi. 6-cı tur
19:00 Azərbaycan – Farer adaları 1:0
Qol: Nigar Mirzəliyeva, 68.
Baş hakim: Loviza Yohansson.
Baş hakimin köməkçiləri: Kamilla Stendal, Cilan Taher.
Dördüncü hakim: Maral Mirzai Beni.
Bakı, “Dalğa Arena”.