"Qarabağ" - "Olimpiya" oyununu göstərəcək telekanal dəyişdi
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Olimpiya” ilə görüşünü yayımlayacaq telekanal yenidən dəyişdirilib.
Mediasport.az xəbər verir ki, Sloveniya çempionu ilə qarşılaşma növbəti dəfə "İdman TV"yə həvalə olunub.
Əvvəlcə “CBC Sport”la anlaşan Ağdam təmsilçisinin istəyindən sonra bu qərar verilib. Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilmiş ilk matçı yayım hüququna malik “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən canlı yayımla göstərmişdi.
Səfərdə 2:0 hesablı qələbə qazanan "atlılar"ın sloveniyalılarla dueli sabah saat 20:00-da start götürəcək.