Rəsmi debütündə derbini qazanan baş məşqçi: "Kəpəz" "Neftçi"dən qalmır"

Rəsmi debütündə derbini qazanan baş məşqçi: "Kəpəz" "Neftçi"dən qalmır"

"Kəpəz" Azərbaycan Premyer Liqasında yeni mövsümə "Neftçi" üzərində minimal hesablı qələbə ilə başladı.

mediasport.az xəbər verir ki, Gəncə klubu tarixi derbini yeni baş məşqçisinin ilk rəsmi oyununda qazandı.

Qərblilərin çalışdırıcısı Azər Məmmədov qarşılaşma haqda fikirlərini bildirib:

"Premyer Liqada baş məşqçi kimi debüt oyunum idi. "Neftçi" kimi komanda ilə qarşılaşırdıq. "Kəpəz" tarixi kökünə görə "Neftçi"dən heç geri qalmır. Bu oyun həm də tarixi derbi çərçivəsində sınağım idi. Qələbə qazandığımız üçün təbii ki, sevincliyik. Daha çox işləməliyik. Komandamızda çatışmazlıqlar var. Klub rəhbərliyi əlindən gələnin artığını edir. Bir neçə transfer etməyi düşünürük. Bu transferləri reallaşdırdıqdan sonra daha yaxşı "Kəpəz" ola biləcəyik".