"Neftçi" "Spartak"a qarşı - Rusiya klubu Bakıya 1 hücumçu ilə gəlib
Milli komandalarla bağlı yaranmış fasilədən istifadə edən "Neftçi" bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq.
Mediasport.az xəbər verir ki, "ağ-qaralar" Bakıda Rusiyanın “Spartak” klubu ilə qarşılaşacaqlar.
"Neftçi Arena"da keçiriləcək görüş saat 18:00-da başlanacaq.
Moskva təmsilçisinin baş məşqçisi Gilyermo Abaskal Bakıya 18 futbolçu ilə təşrif buyurub.
Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 1-i isə hücumçudur.
Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina ölkəmizə səfər etməyiblər.
Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov;
Müdafiəçilər: Daniil Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomaş Tavareş, Nikita Çernov, Dmitri İvanikov;
Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov;
Hücumçu: Aleksandr Sobolev.