Coşqun Diniyevdən Türkiyədə növbəti qol, komandası üçün 3 xal
Türkiyənin 1-ci liqasında 14-cü turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Kocaelispor”un qonağı olub.
Diniyev 3:0 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, 28-ci dəqiqədə fərqlənməklə “Ümraniyəspor”da ikinci qolunu vurub.
“Ümraniyəspor” hazırda 15 xalla 12-ci pillədə qərarlaşıb.