"Qarabağ"da gözlənilməz ayrılıq - "Krasnodar" 5 milyon ödəyəcək
"Qarabağ"ın iki aparıcı üzvü - Marko Veşoviç və Kadi Borges klubu tərk etmək üzrədir.
mediasport.az xəbər verir ki, hər iki futbolçu karyerasını Rusiyada davam etdirməyə yaxındır.
Rusiya mətbuatının yazdığına görə, Kadi Borges artıq "Krasnodar"la müqavilə bağlamağa hazırlaşır. Krasnodar təmsilçisinin bu keçidə görə Ağdam klubuna tarixi ərzində rekord məbləğ - 5 milyon avro ödəyəcəyi bildirilir.
Veşoviç isə Premyer Liqanın baş bir təmsilçisi ilə danışıqları davam etdirir.