"Bir həftə ərzində heç nəyi dəyişmək mümkün deyil" - Elmar Baxşıyev
"Futbolçular da matçın əhəmiyyətini yaxşı dərk edirlər. Əlbəttə, asan olmayacaq. Amma təslim olmaq fikrində deyilik".
mediasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
43 yaşlı çalışdırıcı qeyd edib ki, komandasını vacib matç gözləyir: "İki oyun arasında olan bir həftə ərzində heç nəyi dəyişmək mümkün deyil. Sevindiricidir ki, komanda oyundan sonra hər şeyə düzgün reaksiya verdi və qarşıdakı matça hazırlaşmağa başladı. Futbolçular da ilk qarşılaşmada yaxşı futbol göstərdiklərini dərk edirlər. Layiqli mübarizə aparacaq və istədiyimiz nəticəni alacağıq. Azarkeşlərimiz bizimlə olmasa da, onları sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, "Omoniya" - "Qəbələ" arasında ilk duel 3:2 hesabı ilə Nikosiya klubunun xeyrinə başa çatıb. Bugünkü cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlanacaq