"Qarabağ"da yeni müqavilələr - RƏSMİ

"Qarabağ"da yeni müqavilələr - RƏSMİ

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib.

mediasport.az xəbər verir ki, Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik yeni sözləşmə imzalanıb.

Cəfərquliyev və İbrahimli 2018-ci, Bayramovla Qurbanlı isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinir.