"Neftçi"nin yola saldığı futbolçu Paraqvay klubunda oynayacaq
"Neftçi"dən ayrılan Dieqo Valdesin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi ölkəsinə qayıdıb.
30 yaşlı yarımmüdafiəçi Bakıya qədərki klubu "Sol de Amerika" ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, ötən il avqustun sonunda “Neftçi”yə keçmiş futbolçu "ağ-qaralar"ın heyətində 27 oyunda meydana çıxmışdı.