"Qarabağ"dan milli komandaya

"Qarabağ"dan milli komandaya

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıb.

Mediasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi AÇ-2024-ün seçmə qrup mərhələsində Litva və Bolqarıstanla oyunlar üçün düşərgəyə dəvət edilib.

Monteneqro Litva ilə sentyabrın 7-də səfərdə qarşılaşacaq. 3 gün sonra evdə Bolqarıstan yığmasını qəbul edəcəklər.

Ağdam klubunda 2022-ci ildən oynayan Yankoviç millidə 2016-cı ildən çıxış edir və 39 matça 1 ol vurub.