İlkin Muradov "Səbail"də - RƏSMİ

İlkin Muradov "Səbail"də - RƏSMİ

“Səbail” qış transfer pəncərəsində 4-cü keçidini rəsmiləşdirib.

mediasport.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda “Zirə”nin yarımmüdafiəçisi İlkin Muradovu heyətinə cəlb edib.

“Zirə” sosial şəbəkə vasitəsilə 26 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər autsayderlər zonasında qərarlaşan kluba icarəyə verdiyini açıqlayıb.

Bayıl təmsilçisi buna qədər qış fasiləsində David Qomis, Matiya Lyuyiç və Mirəli Əhmədovu transfer edib.