"Turan Tovuz" və "Araz-Naxçıvan"lı yenidən Moldova millisində
Moldova millisinin yoldaşlıq və AVRO-2024 matçları üçün heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Sergey Kleşenko Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçuya dəvət göndərib.
"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram növbəti dəfə düşərgəyə çağırılanlar sırasındadır.
Moldovalılar oktyabrın 12-də İsveç, 3 gün sonra isə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Polşa yığmaları ilə qarşılaşacaqlar.