"Qarabağ"ın avrokuboklarda növbəti potensial rəqibləri bu gün bilinəcək
Bu gün Azərbaycan çempionu "Qarabağ"ın futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşəcək.
MediaSport.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək.
II raundda baş tutacaq "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütü püşkatmada səpələnmişlər səbətində yer alacaq. Daha sonra Ağdam klubunun UEFA Avropa Liqasında mümkün rəqiblərinin də adına aydınlıq gələcək.
Qurban Qurbanovun komandası Polşa çempionunu mübarizədən kənarlaşdıra bilməsə, yoluna qitənin ikinci nüfuzlu klub turnirində davam etdirəcək. Təmsilçimiz burada ÇL-in ikinci təsnifat mərhələsinin 4 cütündə məğlub olmuş komandalardan biri ilə qarşılaşacaq.
"Qarabağ" "Rakuv"u keçsə, "Ludoqores" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya), "Aris" (Kipr) - BATE (Belarus), "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail) və "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) cütlərindən birinin qalibi ilə ilə üz-üzə gələcək.
Çempionlar yolu
Səpələnmişlər
Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)
"Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka)
"Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)
"Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya) - "Jrinski" (Bosniya və Herseqovina)
"Mölde" (Norveç) - HİK (Finlandiya)
Səpələnməmişlər
"Luduqores" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)
"Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)
"Aris" (Kipr) - BATE (Belarus)
"Sparta" (Praqa, Çexiya)
AEK (Yunanıstan)
"Klaksvik" (Farer adaları) - "Haken" (İsveç)
Liqa yolu
Səpələnmişlər
"Reyncers" (Şotlandiya)
"Braqa" (Portuqaliya)
PSV (Niderland)
"Marsel" (Fransa)
Səpələnməmişlər
“Servett” (İsveçrə) - “Genk” (Belçika)
“Ştrum” (Avstriya)
“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)
TSÇ (Serbiya)