Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb

Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb

Portuqaliyalı ulduz Kriştianu Ronaldu növbəti dəfə dünya futbolunun tarixinə düşüb.

Mediasport.az xəbər verir ki, "Əl-Nəsr"də çıxış edən 38 yaşlı futbolçu karyerası ərzində 1000 məğlubiyyətsiz oyun seriyasına çatıb.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) məlumat açıqlayıb.

Səudiyyə Ərəbistanı klubunun lideri milli və klubların heyətində 776 görüşdə qələbə sevinci yaşayıb, 224 dəfə isə heç-heçənin iştirakçısı olub.

Ronaldu son olaraq 4 gün əvvəl klubunun Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İranda “Persepolis”lə matçda meydana çıxıb və 1:0 hesablı qələbəyə sevinib.

Hücumçu karyerası ərzində 1182 rəsmi oyun keçirib və 182 məğlubiyyət yaşayıb.