Türkiyə klubunun avtobusu aşdı, 6 nəfər xəsarət aldı

Türkiyə klubunun avtobusu aşdı, 6 nəfər xəsarət aldı

Türkiyənin I Liqasında mübarizə aparan "Denizlispor" komandasının üzvlərini daşıyan mikroavtobus aşıb.

mediasport.az xəbər verir ki, hadisə klub Bolu səfərindən qayıdarkən baş verib.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan komanda üzvlərinin həyati təhlükəsi qeydə alınmayıb.