Karyeralarını yalnız bir kluba həsr edən futbolçuların "11-liy"i

Karyeralarını yalnız bir kluba həsr edən futbolçuların "11-liy"i

Dünyanın bütün nöqtələrində kifayət qədər sevilən futbolda reallaşan oyunçu transferləri hər zaman əks-səda doğurur.

Lakin çıxış etdikləri komandalara sadiqlik nümayiş etdirən futbolçuların sayı heç də az deyil.

Mediasport.az həmin futbolçulardan ibarət rəmzi "11-liy"i təqdim edir.

Heyətin "1 nömrə"si okeanın o tayında karyerasını yalnız bir kluba həsr etmiş braziliyalı keçmiş qapıçı Rocerio Senidir.

Karyeraları boyunca yalnız 1 komanda oynayan futbolçuların rəmzi heyəti

Qapıçı: Rocerio Seni ("Sao Paolo", 1993-2015);

Müdafiəçilər: Paolo Maldini ("Milan", 1984-2009), Ceymi Karrager ("Liverpul", 1996-2013), Karles Puyol (1999-2014), Qari Nevill ("Mançester Yunayted", 1992-2011);

Yarımmüdafiəçilər: Pol Skoulz ("Mançester Yunayted", 1993-2013), Koke ("Atletiko", 2009 - davam edir), Necib Uysal ("Beşiktaş, 2008 - davam edir), Rayan Giqqz ("Mançester Yunayted", 1990-2014);

Hücumçular: Françesko Totti ("Roma", 1993-2017), Tomas Müller (2008 - davam edir).


Rövşən