Azərbaycan futboluna itki üz verib - Tanınmış hakim vəfat edib

Azərbaycan futboluna itki üz verib - Tanınmış hakim vəfat edib

Azərbaycan futboluna ağır itki üz verib.

Mediasport.az xəbər verir ki, veteran futbolçu, tanınmış hakim Asif Namazov dünyasını dəyişib.

Mərhum bir neçə gün əvvəl insultdan vəfat edib.

Veteran futbolçu Asəf Namazov pressing.az-a açıqlamasında qardaşının gizli insult keçirdiyini və bir ay sonra vəfat etdiyini deyib:

"İnsult keçirmişdi, amma bundan xəbəri olmamışdı. Son bir ay idi ki, özünü pis hiss edirdi. Həmin müddət ərzində bağda qalırdı. Bu ayın 1-i axşam radələrində halı pisləşdi və dünyasını dəyişdi. Namazov qardaşlarından ikincisini də itirdik.

Azərbaycan futbolu dedikdə, həm də Eynullayev, Namazov və Cavadov qardaşları yada düşür. Çox az qalmışıq... Görün bu barədə bir kitab çap edilib? Çünki təsadüfi insanlar AFFA-da rəhbər vəzifələr tuturlar və bu məsələlərlə maraqlanan yoxdur. Nə isə, Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin!".