"Qarabağ"ın HİK-lə qarşılaşmaları İsrail və fransızlara tapşırıldı

 "Qarabağ"ın HİK-lə qarşılaşmaları İsrail və fransızlara tapşırıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə oyunlarının vaxtı və hakimləri açıqlanıb.

mediasport.az xəbər verir ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüş saat 20:00-da start götürəcək.

Bakıdakı qarşılaşmanı israilli Roi Reinsreyber idarə edəcək. Ona həmyerliləri David Elias Biton və Saqi Metzamber köməklik göstərəcəklər. Erez Papir dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Avqustun 17-da Helsinkidəki “Bolt Arena”da reallaşacaq cavab matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb. Villi Delajod baş, Ervan Finyean və Filipp Jann köməkçi hakim kimi iş başında olacaqlar. Tomas Leonard ehtiyat referi təyin olunub. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.