Avroliqa: "Qarabağ"ın matçına görə metropolitenin iş vaxtı uzadılacaq

Avroliqa: "Qarabağ"ın matçına görə metropolitenin iş vaxtı uzadılacaq

Bu axşam UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - FKSB (Rumıniya) matçı ilə əlaqədar Bakı metropolitenində iş vaxtı dəyişdiriləcək.

Bu barədə Mediasport.az saytına "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə metropoliten saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Eyni zamanda, Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək.

Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.

Qarşılaşma saat 21:45-də start götürəcək.