"Qəbələ"nin keçmiş futbolçusu bu klubun məşqçisi təyin edildi - RƏSMİ

"Qəbələ"nin keçmiş futbolçusu bu klubun məşqçisi təyin edildi - RƏSMİ

2015-2018-ci illərdə "Qəbələ"də oynamış Vitali Vernidub məşqçiliyə başlayıb.

MediaSport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Krivoy-Roq təmsilçisi "Krivbass" klubunda çalışacaq.

Məşqçilik üzrə UEFA-nın B kateqoriyasını almış Vitali baş məşqçi olan atası Yuri Verniduba köməkçi təyin edilib. O, futbolçu karyerasını ötən həftə başa vurub.

Qeyd edək ki, ukraynalı Qəbələ klubunda 45 oyuna 2 qol vurub.