Bu gün 1/8 finala 3 oyunla yekun vurulacaq - Azərbaycan Kuboku

Bu gün 1/8 finala 3 oyunla yekun vurulacaq - Azərbaycan Kuboku

Bu gün Azərbaycan Kubokunda 2022/2023-cü illər mövsümünün 1/8 final mərhələsi çərçivəsində daha 3 görüş keçiriləcək.

mediasport.az xəbər verir ki, bununla da dünənki 3 matçdan sonra 1/4 finala çıxan "Qəbələ", "Turan Tovuz" və "Səbail"in rəqibləri müəyyənləşəcək.


Azərbaycan Kuboku. 1/8 final

23 noyabr (çərşənbə)


14:00. “Mingəçevir” – “Zirə”

Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (canlı/pfl.az)


14:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Əmrah İbrahimov

Gəncə şəhər stadionu (canlı/ “CBC Sport”)


17:00. “Sabah” – “Qaradağ Lökbatan”

Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Babək Quliyev

“Bank Respublika Arena” (canlı/ “CBC Sport”)


1/4 final (8-9, 19-20 dekabr)

1. “Qarabağ – “Qəbələ”/“Araz Naxçıvan” cütünün qalibi

2. MOİK/“Səbail” cütünün qalibi – “Sabah”/“Qaradağ Lökbatan” cütünün qalibi

3. “Kəpəz”/“Sumqayıt” cütünün qalibi – “Şamaxı”/“Turan Tovuz” cütünün qalibi

4. “Mingəçevir”/“Zirə” cütünün qalibi – “Neftçi”


Yarımfinal (19-27 aprel, 2023-cü il)

1-ci cütün qalibi – 2-ci cütün qalibi

3-cü cütün qalibi – 4-cü cütün qalibi


Final (3 iyun, 2023-cü il)