"Zirə"yə texniki məğlubiyyət verildi
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun VIII turunun “İmişli” – “Zaqatala” oyununda “Zaqatala” klubunun protokolunun gecikməsi səbəbi ilə “Zaqatala” klubu 80 manat cərimə olunur (maddə 54);
Meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubunun əməli ilk dəfə törətdiyi nəzərə alınaraq kluba xəbərdarlıq edilir;
VIII turun “Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Şamaxı-2” komandasının futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
VIII turun “Turan Tovuz-2” – “MOİK” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“MOİK” klubunun futbolçusu Elşən Veysov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1);
VIII turun “Qəbələ-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Araz Naxçıvan” klubu 80 manat cərimə olunur (maddə 39);
VIII turun “Zirə-2” – “Mingəçevir” oyununda “Zirə-2” komandası matç zamanı əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə “Zirə-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 400 manat cərimə olunur (maddə 50.5);
Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə-2” komandası 80 manat cərimə olunur (maddə 60);
Oyunöncəsi iclasda nəzarət buraxılış xidməti nümayəndəsi iclasa gecikdiyi üçün “Zirə-2” komandası 40 manat cərimə olunur (maddə 62.2).