Yığmamızın iki oyununun yeri açıqlanıb - UEFA Millətlər Liqası
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun yeri açıqlanıb.
Mediasport.az xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı görüş Klaksvik şəhərində yerləşən “Cupumru” stadionunda oynanılacaq.
Oktyabrın 31-də Monteneqro ilə ev görüşü isə “Dalğa Arena”da baş tutacaq.
27 oktyabr
17:00. Farer adaları – Azərbaycan
Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (hamısı Latviya).
Klaksvik. “Djupumyru” stadionu.
31 oktyabr
16:00. Azərbaycan – Monteneqro
Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (hamısı Ukrayna).
Bakı. “Dalğa Arena”.