"Qarabağ"ın oyununda anşlaq olacaq: Biletlərin hamısı satıldı

"Qarabağ"ın oyununda anşlaq olacaq: Biletlərin hamısı satıldı

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanın Razqrad şəhərində keçiriləcək “Ludoqorets" - "Qarabağ" oyununda anşlaq olacaq.

Mediasport.az xəbər verir ki, avqustun 13-də "Razqrad Arena"da baş tutacaq qarşılaşma üçün satışa çıxarılmış biletlərin hamısı satılıb.

Arenanın azarkeş tutumu 12500 nəfərlikdir.

Görüş Bakı vaxtilə saat 22:00-da başlanacaq.

Xatırladaq ki, Azərbaycan çempionu Bakıda oynanılan ilk dueldə məğlub olub - 1:2.