"Zirə" Xorvatiyada bərabərə qaldı, "Sabah" məğlub oldu - YENİLƏNDİ
UEFA Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri səfərdə meydana çıxıblar.
"Zirə" Xorvatiyadan sərfəli nəticə ilə dönüb, "Sabah" isə İrlandiyada minimal hesabla məğlub olub.
Hər iki təmsilçimizin cavab qarşılaşmaları avqustun 15-də Bakıda olacaq.
Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
"Osiyek" (Xorvatiya) - "Zirə" (AZƏRBAYCAN) 1:1
Qollar: Anton Matkoviç, 38 - Rafael Utsiq, 90+6.
Baş hakim: Aristotelis Diamantopoulos (Yunanıstan)
Osiyek. "Opus Arena".
"Osiyek": 1. Nikola Kalvina, 36. Nail Ömeroviç, 26. Luka Jeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Juqoviç (k), 39. Domaqoy Bikviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç.
Baş məşqçi: Federiko Koppitelli.
"Zirə": 97. Tiaqo Silva, 70. İssa Cibrilla, 3. Anje Mutsizni, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 18. Martins Junior, 90. Davit Volkov, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Rəşad Sadıqov.
"Sent-Patriks" (İrlandiya) - "Sabah" (AZƏRBAYCAN) 1:0
Qol: Romal Palmer, 35.
Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)
Dublin. "Tallaght Stadium".