"Qarabağ" Avstriyada son görüşdə BƏƏ klubunu darmadağın etdi
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu əvvəlcə Xorvatiyanın "Slaven" klubuna qalib gəlib - 1:0.
Ağdam klubunun ikinci görüşü BƏƏ-nin "Əl-Şəbab" kollektivinə qarşı olub.
Azərbaycan çempionu 5:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəl Almaniyanın "Kayzerslautern" klubuna uduzub (1:3), Çexiyanın "Viktoriya" komandasına (2:1) qalib gəlib.