"Qarabağ"ın prezidenti püşkatma üçün İsveçrəyə yollanacaq

"Qarabağ"ın prezidenti püşkatma üçün İsveçrəyə yollanacaq

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub edib (2:1) və pley-offa vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl qarşılaşma başa çatdıqdan sonra komandanı tarixi uğur münasibətilə təbrik edib.

Eyni zamanda, klub rəhbəri nailiyyətin əldə edilməsində əzəli və əbədi torpağımız olan Qarabağ ruhunun da önəmli rol oynadığını bildirib.

Qeyd edək ki, Tahir Gözəl dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində iştirak edəcək və "köhlən atlar"ın pley-offdakı rəqibinin müəyyənləşməsini canlı izləyəcək.