Luka Quqeşaşvili Yunanıstan klubuna transfer edildi - RƏSMİ

Luka Quqeşaşvili Yunanıstan klubuna transfer edildi - RƏSMİ

"Qarabağ"dan ayrılacağı gözlənilən Luka Quqeşaşvilinin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Gürcüstan millisinin qapıçısı karyerasını Yunanıstanda davam etdirəcək.

O, "Panserraikos" klubu ilə anlaşıb.

Qolkiper Superliqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Quqeşaşvili 2022-ci ildən Ağdam klubunda çıxış edirdi.