"Neftçi" və "Sabah"ın taleyini həll edəcək matçın biletləri satışda

"Neftçi" və "Sabah"ın taleyini həll edəcək matçın biletləri satışda

Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turu çərçivəsində keçiriləcək “Neftçi” - “Sabah” matçının biletləri satışa çıxarılıb. 

Mediasport.az xəbər verir ki, qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri iticket.az saytından onlayn qaydada və “Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən əldə etmək mümkün olacaq.

Mayın 25-də "Neftçi Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da başlanacaq.

Görüş avrokuboklara yollanmaq mənasında hər iki tərəf üçün prinsipial əhəmiyyət daşıyır.