"Qarabağ"ın rəqibi Avropa nəhənglərini qabaqlayıb
2023-cü ildə ən çox qol vuran komandaların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, ötən ili 5 kubokla başa vuran "Mançester Siti" zirvədə qərarlaşıb.
İkinci pillədə Madrid "Real"ı, üçüncü sırada isə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" yer alıb.
2023-cü ildə ən çox qol vuran komandalar:
1. "Mançester Siti" (İngiltərə) - 66 oyun, 159 qol
2. "Real" (İspaniya) - 63 oyun, 130 qol
3. "Bayer" (Leverkuzen, Almaniya) - 52 oyun, 127 qol
4. "Bayern" (Almaniya) - 49 oyun, 118 qol
5. "Liverpul" (İngiltərə) - 55 oyun, 114 qol
6. "Arsenal" (İngiltərə) - 55 oyun, 110 qol
7. "Fiorentina" (İtaliya) - 64 oyun, 109 qol
8. "İnter" (İtaliya) - 61 oyun, 107 qol
9. PSJ (Fransa) - 50 oyun, 106 qol
10. "Borussiya" (Dortmund, Almaniya) - 48 oyun, 105 qol