"Qarabağ"ın KL-dəki rəqibi heyətini nigeriyalı hücumçu ilə gücləndirdi

"Qarabağ"ın KL-dəki rəqibi heyətini nigeriyalı hücumçu ilə gücləndirdi

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Gent" heyətini gücləndirib.

mediasport.az xəbər verir ki, Belçika klubu 20 yaşlı nigeriyalı futbolçu Gift Emmanuel Orbanı transfer edib.

Hücumçu son olaraq Norveç təmsilçisi "Stabek"də çıxış edib. Ötən mövsüm 24 oyun keçirib, 19 qol vurub.

“Qarabağ” - “Gent” qarşılaşmaları fevralın 16-da Bakıda, 23-də Belçikada oynanılacaq.