"Sabah"ın ilk fan-şopu açıldı

"Sabah"ın ilk fan-şopu açıldı

"Sabah" futbol klubunun ilk fan-şopunun açılış mərasimi baş tutub. 

Mediasport.az xəbər verir ki, İçərişəhərdə "Qız qalası" yaxınlığında keçirilən tədbirdə klub rəsmiləri, media nümayəndələri və qonaqlar iştirak ediblər.

Açılış mərasimində Masazır klubunun icraçı direktoru Pərvin Piriyev tədbirlə bağlı məlumat verib.

Azarkeşlə fan-şopda klubun futbol və basketbol komandalarına məxsus formaları, müxtəlif aksessuarları əldə edə bilərlər.