"Qarabağ"ın rəqibi kubok qazandı

"Qarabağ"ın rəqibi kubok qazandı

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Gent” Kornelis kubokunu qazanıb.

mediasport.az xəbər verir ki, Ağdam klubunun rəqibi finalda eyni şəhərin digər təmsilçisi "K.R.Gent”i böyük hesabla məğlub edib.

“Çillaks Arena”da keçirilmiş görüş 5:0 hesabı ilə başa çatıb. "Qarabağ"ın "Gent"lə oyunları fevralın 16-ı və 23-də keçiriləcək.