"Qarabağ"ın AL-dakı rəqibinin ölkə çempionatında matçı təxirə salındı

"Qarabağ"ın AL-dakı rəqibinin ölkə çempionatında matçı təxirə salındı

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən "Ayaks"ın Niderland çempionatında "Feyennord"la oyununun vaxtı dəyişdirilib.

Mediasport.az xəbər verir ki, sabah Rotterdamda keçirilməsi nəzərdə tutulan görüş oktyabrın 30-da baş tutacaq.

Xatırladaq ki, "köhlən atlar"ın "Ayaks"la matçının vaxtı hələ açıqlanmayıb.