"Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır" - Adil Şükürov

"Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır" -  Adil Şükürov

"Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır. Mübariz, qalib komanda olmalıyıq".

Mediasport.az xəbər verir ki, bu fikirləri klub saytına açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Qarabağ"la ev oyunundan (1:2) sonra fikirlərini bölüşüb.

Komandasının bundan sonra daha yaxşı olacağına inandığını bildirib:

"Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Düzdü, oyunun sonuna yaxın uşaqlar konsentrasiyanı itirdilər. Nəticədə də məğlub olduq. Əsas tapşırığımız onların bu gün mübariz oynaması idi. Bu mübarizəyə görə də onlara minnətdaram. Bunun üçün addımlar atırıq, çalışırıq. Ümid edirəm ki, buna nail olacağıq".