Xudiyevi AÇ-nin Yunanıstan - Andorra matçına dəvət ediblər

Xudiyevi AÇ-nin Yunanıstan - Andorra matçına dəvət ediblər

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda iş başında olacaq.

Asim Xudiyev Yunanıstan - Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş martın 26-da baş tutacaq.