Murad Musayev yaxşı tanıdığı futbolçunu "Sabah"a gətirməyə çalışır

Murad Musayev yaxşı tanıdığı futbolçunu "Sabah"a gətirməyə çalışır

Tarixində ilk dəfə futbol üzrə UEFA Konfrans Liqasında iştirak edəcək "Sabah" transfer çalışmalarına ara vermir.

Artıq 2 legionerin (Sofian Çakla və Jarl Marqarit) keçidini rəsmiləşdirən Masazır təmsilçisi Rusiyadan da futbolçu gətirməyə hazırlaşır.

MediaSport.az xəbər verir ki, baş məşqçi Murad Musayev sabiq klubu "Krasnodar"dan yaxşı tanıdığı Maqomed-Şapi Süleymanovu transfer etmək istəyir.

Gənc mütəxəssis bunun üçün Krasnodar təmsilçisi ilə birbaş təmasa keçib, Süleymanova görə qarşı tərəfə 300 min dollar təklif edib.

Məlumata görə, çalışdırıcı Donetsk "Şaxtyor"una geri dönən Aleksey Kaşukun yerini Maqomed-Şapi ilə doldurmağa çalışır.

Son mövsümü icarə əsasında İsrailin "Hapoel" (Beer-Şeva) klubunda 24 yaşlı vinger 35 oyun keçirib, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.