PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

Peşəkar Futbol Liqası (PFL) ilə beynəlxalq internet yayım şirkəti “Insports.tv” arasında danışıqlara start verilib.

mediasport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən test məqsədiylə Azərbaycan Premyer Liqasında XVIII turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində mümkün olacaq.

Daha əvvəl çempionat matçları PFL-in rəsmi yutub kanalında göstərilib.