"Qarabağ"ın üzvü Avropa Liqasında 3-6-cı yerləri bölüşdürür - FOTO
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarında ən çox qurtarış edən qapıçılar açıqlanıb.
mediasport.az xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də var.
28 yaşlı qolkiper 5-ci turun "Nant"la səfər görüşündə 6 "seyv"lə yadda qalıb. "Şerif"in "çərçivə" qoruyucusu Maksim Koval və "Olimpiakos"dan Aleksandros Paxalakis 7 qurtarışla həftənin lideri olub. "Nant"ın qapıçısı Alfons Lafon, həmçinin "Midyullan"dan Yonas Lössl, "Betis"dən Klaudio Bravo da 6 dəfə komandasını qoldan xilas edib.