"Bir neçə aydan sonra Ağdamda "İmarət" stadionunun tikintisi başlanacaq"

"Bir neçə aydan sonra Ağdamda "İmarət" stadionunun tikintisi başlanacaq"

"Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun inşasına başlanılacaq”.

Mediasport.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib:

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq, qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması, təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”.