"Partizan" "Sabah"la oyunöncəsi heyətini hücumçu ilə gücləndirdi
Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Partizan" heyətini yeni futbolçu ilə gücləndirib.
mediasport.az xəbər verir ki, Serbiya klubu U-19 komandasının hücumçusu Boqdan Mirçetiçlə müqavilə imzalayıb.
18 yaşlı forvard 2026-cı ilin yayına kimi Belqrad təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, "Sabah"la "Partizan" arasında ilk oyun avqustun 10-da “Bank Respublika Arena”da, cavab görüşü isə avqustun 17-də Belqradda keçiriləcək.