Milli komandamızın hücumçusu 2-ci Liqa klubuna keçdi - RƏSMİ
2020-ci ildən Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasına cəlb edilən Məhəmməd Mustafa İldırımın yeni klubu müəyyənləşib.
mediasport.az xəbər verir ki, 21 yaşlı hücumçu yeni mövsümü "İğdırspor"da keçirəcək.
1-ci Liqa təmsilçisi "Çorum"da əsas heyətə düşməyə çətinlik çəkən forvard rəhbərlikdən onu buraxmasını xahiş edib.
Türkiyə 2-ci Liqasında yarışan İğdır təmsilçisi Məhəmmədi gələn mövsümün sonuna qədər icarəyə götürüb.
U-21 millimizdə 9 oyun keçirib 1 qol vurmuş futbolçu “Alanyaspor”un yetirməsidir. “İstanbulspor” və “Pazarspor” da çıxış edib.