"Qarabağ"ın 22 yaşlı yetirməsi Avropada çıxış edəcək - RƏSMİ

"Qarabağ"ın 22 yaşlı yetirməsi Avropada çıxış edəcək - RƏSMİ

Bugünlərdə Novruz Əzimovu baş məşqçi postundan istefaya göndərən "Dinamo-Avto" heyətini "Qarabağ"ın yetirməsi ilə gücləndirib.

mediasport.az xəbər verir ki, Moldova klubu Azad Qolikimilanı transfer edib.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Tiraspol təmsilçisi 22 yaşlı forvardla imzalanan müqavilənin müddətini açıqlamayıb. "Qarabağ"ın yetirməsi olan iranlı hücumçu Ağdam təmsilçisinin U-19 və əvəzedici komandasında forma geyinib.