Xavi Munyos: "Planlarımızı həyata keçirməyə imkan vermədilər"
"Linkoln" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" 0:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
MediaSport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xavi Munyos jurnalistlərin suallarını cavablandırıb:
- Qonarpərvərliyə görə Bakı əhalisinə, "Qarabağ" personalına, siz jurnalistlərə təşəkkürümü bildirmək istəyirəm. Oyunun ilk dəqiqələri bizim üçün çətin oldu. Buna hazır idik, gözləyirdik. Uduzmağımıza baxmayaraq, klub olaraq futbolçularımızla qüruruq duyuruq. Biz Avropada mübarizə aparan çox sadə klubuq. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox üstün oyun göstərdi. Sona qədər mübarizə apardıq. Həmişə də belə olacaq.
Dünən bildirmişdiniz ki, oyun üçün planımız var. Nə mane oldu buna?
- Əslində, hər oyun üçün planımız olur. Bəzən o plan alınır, bəzən alınmır. Bu dəfə "Qarabağ" 7-ci dəqiqədə hesabda irəli çıxdı. Təbii ki, "Qarbağa"ın heyətində keyfiyyətli oyunçular var. Fərdi və kollektiv baxımından onlar yaxşıdır. Erkən qol vurdular. Planlarımızı həyata keçirməyə imkan vermədilər. Planımız əks-hücumlar idi. Bunları da həyata keçirməyə, "Qarabağ"ın keyfiyyətli oyunçuları və fərdi ustalıqları imkan vermədi.
"Qarabağ" növbəti mərhələdə "Rakuv"la qarşılaşacaq. Proqnozunuz necədir? "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək ehtimalını necə görürsüz?
- "Qarabağ"ın oyununa bələdəm. Buna əsasən deyə bilərəm ki, "Qarabağ" bu mərhələdə mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Növbəti matç Polşa çempionu ilə heç də asan olmayacaq. "Qarabağ"ın bu heyəti, baş məşqçisi istənilən rəqiblə mübarizə aparmağa, onların ÇL-in qrupuna düşməsinə imkan verir.