"Qarabağ"la matçda "Ayaks"a hansı futbolçular kömək edə bilməyəcək?

"Qarabağ"la matçda "Ayaks"a hansı futbolçular kömək edə bilməyəcək?

"Qarabağ" sabah UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Ayaks"la qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, qonaqların çalışdırıcısı Françesko Farioli Bakıdakı görüşə startda 16 yaşlı müdafiəçi Yorti Mokio ilə çıxa bilər.

Belçikalı gənc istedad cari mövsüm "Ayaks"ın heyətində 10 oyuna çıxıb, 1 qol vurub, 3 dəfə sarı vərəqə görüb.

Digər müdafiəçi Yuri Baas cəzalı olduğu üçün (qırmızı vərəqə) Ağdam təmsilçisi ilə dueli buraxacaq.

Farioli Sivert Mannsverk, Kristian Hlinsson və Steven Berqhuisin xidmətindən yararlana bilməyəcək.

Onların əvəzində təcrübəli ingiltərəli Cordan Henderson və niderlandlı Vaut Veqhorst komandasına kömək edə bilər.