"Qəbələ" forvardı yola saldı

"Qəbələ" forvardı yola saldı

Azərbaycan 1-ci Liqa təmsilçisi "Qəbələ" qanalı futbolçu Samuel Tetteh ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən ilin sentyabrından komandada çıxış edən Samuel "qırmızı-qara" formada 25 matça çıxıb, 3 qol vurub.

Samuel Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.