"Real"ın ulduz futbolçusu Azərbaycana qarşı oynamayacaq
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq Avstriya millisinin ölkəmizə itki ilə gələcəyini bir neçə gün öncə xəbər vermişdik.
Mediasport.az saytının məlumatına görə, komandanın kapitanı David Alabanın Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxmayacağı dəqiqləşib.
Baş məşqçi Ralf Ranqnik yığmamızadək Belçika seçməsi ilə matçı da buraxacaq Madrid "Real"ının futbolçusunu "18-lik"dən çıxarıb.
Tibbi yoxlanışdan sonra ilkin heyətə dəvət alan Alabanın bu iki görüşə hazır olmayacağı müəyyənləşib.
Qeyd edək ki, Avstriya yığmasının bir neçə futbolçusu zədəlidir. Milan "İnter"ində icarə əsasında çıxış edən təcrübəli Marko Arnautoviçin oktyabrdakı görüşlərdə iştirak etməyəcəyi əvvəldən məlumdur.
Müdafiəçi Ştefan Poş, əsas hücumçulardan Marsel Sabitser, Florian Qrillitş və Filip Muene də zədəsini sağaltmağa çalışır.